Bazarstore Bazarfest – gözəllik festivalı ilə ilkə imza atdı

Bazarstore Bazarfest – gözəllik festivalı ilə ilkə imza atdı
  25 İyun 2024    Oxunub:476
Festival çərçivəsində 10-dan artıq brend öz məhsullarının tanıtımını həyata keçirtdi.
21 İyun tarixində Azərbaycanda pərakəndə sektorunda ilk dəfə olaraq Bazarfest gözəllik festivalı baş tutdu. Festival Xətai rayonunda yerləşən Bazarstore supermarketinin qarşısında, 140 m2-dən böyük ərazidə keçirildi. Əsas sloqanı “Sənin üçün. Sənin gözəlliyin” olan tədbirdə gözəllik və baxım məhsulları satan 10-dan artıq brend öz məhsullarının tanıtımını həyata keçirtdi. Hər bir brendin stendində müxtəlif aksiyalar, saç və üz baxımı edildi. Burada həmçinin əyləncəli oyunlar və hədiyyələr də var idi.

Bazarfest-in üç mindən artıq qonağı oldu

Saat 16:00-dan başlayan tədbirdə üç mindən artıq qonaq iştirak etdi. Tədbir 22:30-a qədər davam etdi. Axşam saatlarında DJ, rəqs qrupları ilə yanaşı tanınmış estrada müğənniləri Samira Efendi, Ayaz Babayev və Zamiq Hüseynov də öz sevilən ifaları ilə qonaqlar üçün əsl bayram əhval-ruhiyyəsi yaratdı. Festivalda həmçinin gələn qonaqlara yüzə yaxın müxtəlif hədiyyələr təqdim edildi.

Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” 13 ildir davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək 94 mağazası ilə ildə 45 milyon müştəriyə, ölkə üzrə 110 min kvadrat metr-dən artıq satış sahəsində, 3800-ə yaxın çalışanı ilə xidmət göstərir.
“Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir.

AzVision.az


Qalereya




Teqlər: Festival  





Xəbər lenti