Almaniyada müflisləşən şirkətlərin sayı 10 ildə ən yüksək həddə çatıb

  Almaniyada müflisləşən şirkətlərin sayı 10 ildə ən yüksək həddə çatıb
  25 İyun 2024    Oxunub:1539
Almaniyada 2024-cü ilin birinci yarısında iflas edən şirkətlərin sayı 11 minə çatıb ki, bu da demək olar ki, son on ilin ən yüksək göstəricisidir.
Bu barədə Almaniyanın Creditreform kredit agentliyinin araşdırmasında göstərilib. 2024-cü ilin birinci yarısında müflis olan firmaların sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30% artaraq, demək olar ki, 10 ilin ən yüksək səviyyəsinə çatıb. Qeyd olunub ki, 2023-cü il tənəzzülünün nəticələri, həmçinin davam edən böhran və zəif iqtisadi artım bir çox şirkətlər üçün ölümcül olub.

Araşdırmaya görə, 2024-cü ildə 133 minə yaxın işçi artıq şirkətlərin iflas olmasından əziyyət çəkib. Fiziki şəxslərin müflisləşməsi halları da tez-tez baş verir: 2024-cü ilin ilk altı ayında onların sayı 35,4 min nəfər təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti