AKİ Şirvanda kino günləri keçirəcək
Əvvəlki illərdə "Cənubda kino günləri" başlığı ilə Lənkəran, Biləsuvar, Lerik rayonlarında nümayişlər təşkil olunmuşdu. Cari ilin iyul ayında "Şirvan kino günləri" layihəsinin açılışı olacaq.
İyulun ilk yarısında keçiriləcək nümayişlərdə İlqar Nəcəfin "Suğra və oğulları", Elvin Mirzəyevin "Qul", Qulu Əsgərovun "Mən burdayam, ilahi!" tammetrajlı bədii filmləri və Amil Amal, Şirin Əhmədov, Elvin Aşirov, Pərviz Həsənov, İntiqam Hacılının qısametrajlı filmləri nümayiş ediləcək. Nümayişlər Şirvanda, Neftçalada, Salyanda, Hacıqabulda və Biləsuvarda baş tutacaq.
Kinoteatrların bütün regionlarda olmaması yeni Azərbaycan filmlərinin tamaşaçı sayının azalmasına gətirib çıxarır. Bu səbəbdən AKİ regionlarda nümayişləri gələcəkdə də davam etdirəcək.
AzVision.az