Moskvanın mühüm elmi-tədqiqat institutu yanır

Moskvanın mühüm elmi-tədqiqat institutu yanır
  24 İyun 2024    Oxunub:665
Moskva vilayətinin Fryazino şəhərində Platan Elmi-Tədqiqat İnstitutunda yanğın baş verib
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, yanğının baş verdiyi binada 9 nəfər var.

Yanğın binanın 3 mərtəbəsini bürüyüb.

Teleqram kanallarının yaydığı məlumata görə, binada partlayış baş verib.

İnstitunun nəzdində fəaliyyət göstərən “Nİİ Platan” zavodu Rusiyada elektron şüa cihazları və yarımkeçirici lazerlər, həmçinin maye kristal ekranlar hazırlayır.

Yanğının hansı səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilməyib.

AzVision.az





Teqlər:





Xəbər lenti