Bakıda orta əməkhaqqı 10 %-ə yaxın artıb

Bakıda orta əməkhaqqı 10 %-ə yaxın artıb
  25 İyun 2024    Oxunub:1095
Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 min 282,6 manat təşkil edib.
Bu barədə AzVision.az -a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,4 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 10,2 % artaraq 1 min 007,5 manata çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti