Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı 1,3 mindən çox zəvvar dünyasını dəyişib. Bu barədə krallığın səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cəlajel bildirib.
“Həcc zamanı ölənlərin sayı 1301 nəfər olub. Ölən zəvvarların 83%-nin müvafiq vizası olmayıb”, - nazir “Əl-İxbariyyə” dövlət telekanalına deyib. Ölümlərin böyük əksəriyyəti yaşlı insanlar arasında baş verib.
Həddindən artıq istilər zamanı zəvvarlar xroniki xəstəliklərin ağırlaşması və fiziki yorğunluq səbəbindən dünyasını dəyişib.