Azərbaycan basketbol millisi Avropa çempionatına hazırlığın ikinci mərhələsinə start verib

Azərbaycan basketbol millisi Avropa çempionatına hazırlığın ikinci mərhələsinə start verib
  24 İyun 2024    Oxunub:940
Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət milli komandası təlim-məşq toplanışının ikinci mərhələsinə start verib
AzVision.az xəbər verir ki, Alberto Blankonun rəhbərlik etdiyi yığma iyunun 20-dən etibarən Memarlıq və İnşaat Universitetinin idman zalında hazırlığa başlayıb. İspaniyalı məşqçi toplanışda taktiki, texniki, hücum və müdafiə planları üzərində çalışıb.

Hazırlıq prosesində köməkçi məşqçilər Zaur Paşayev və Anar Hacıyev də iştirak ediblər.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək davam edəcək.

Qeyd edək ki, toplanış 12-21 iyulda Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionuna hazırlıq məqsədi daşıyır.

AzVision.az



Teqlər:





Xəbər lenti