Orbanın korteji qəzaya uğradı, 1 polis öldü

   Orbanın korteji qəzaya uğradı,    1 polis öldü
  25 İyun 2024    Oxunub:1230
Macarıstanın baş naziri Viktor Orbanın korteji Almaniyanın Ştutqart şəhərində qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

NATO artıq Orbanla heç bir informasiyanı paylaşmır - “The Daily Beast”
Hadisə Orban hava limanına gedərkən baş verib və korteji müşayiət edən polislərdən biri dünyasını dəyişib.

Qeyd edilir ki, qəza saat 11:15 radələrində hava limanından təxminən 8 kilometr aralıda olub. "BMW" markalı avtomobildə olan 69 yaşlı qadın Orbanı müşayiət edən avtomobil kolonu keçən zaman müvəqqəti maneəni-şlaqbaumu görməyib. O, yol ayrıcına çıxıb və Macarıstan baş nazirinin avtomobilini qoruyan polisin motosikletinə çırpılıb.

İkinci motosiklet isə şlaqbaumda gözləyən avtomobillərin qarşısına çıxıb və toqquşma nəticəsində yerə axan benzin alovlanıb.

Qəza nəticəsində hər iki zabit ağır yaralanıb. 61 yaşlı polis xəstəxanaya aparılsa da, dünyasını dəyişib.

Qeyd edək ki, Viktor Orban futbol üzrə Avropa çempionatına görə Almaniyaya gedib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Orban   Qəza   Almaniya   Polis  





Xəbər lenti