Çaylarda daşqın əmələ gələcək

Çaylarda daşqın əmələ gələcək
  25 İyun 2024    Oxunub:1013
İyunun 26-sı səhərdən 27-si axşamadək gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətının Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib:

"Yağıntıların intensivliyi səbəbi ilə böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir".

Asif Verdiyev sel təhlükəsi olan Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan çaylarda baş verə biləcək daşqınla əlaqədar həmin ərazilərdə yaşayan və orada istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.

O, vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda, eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib:

"Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi gözləniləndir. Sel başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir".

AzVision.az


Teqlər: hava   yağıntı   çay   daşqın  





Xəbər lenti