AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin(FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə bir nəfər intihar məqsədilə özünü dənizə atıb.
“Bakı mərkəz” sularda xilasetmə məntəqəsinin 3 nəfər xilasedicisi “Dalğa” kateri və xüsusi avadanlıqlarla dərhal hadisə yerinə çıxıb, vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil verib.