![]() |
Tramp: "Kiyev danışıqlar aparmaq istəyirsə, seçkilər keçirməlidir" |
Siyasətçinin sözlərinə görə, iş o yerə çatıb ki, ABŞ belə Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması ehtimalının olmadığını bəyan edib.
Bundan əvvəl Türkiyənin “Milliyet” qəzeti Volodimir Zelenskinin Türkiyə rəhbərinə qulaq asmasına dair məqalə dərc etmişdi. Məqalə müəllifi Abdullah Karakuş yazıb ki, Zelenski bağlı olan gözlərini açmalı, artıq problemi danışıqlar masası arxasında necə həll edəcəyi barədə danışmalıdır.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az