Trampdan nüvə xəbərdarlığı: Dünya məhv olacaq

     Trampdan nüvə xəbərdarlığı:    Dünya məhv olacaq
  20 Fevral 2025    Oxunub:558
ABŞ Prezidenti Donald Tramp nüvə silahından istifadəni və nüvə gücləri klubunun genişləndirilməsini qəbuledilməz hesab edir.
Bu barədə o, Mayamidə keçirilən investisiya forumunda bildirib. Tramp vurğulayıb ki, ABŞ İran daxil olmaqla, başqa ölkələrin də nüvə silahı əldə etməsinə icazə verə bilməz: “Əgər bu baş verərsə, dünya məhv olacaq”. O, həmçinin ABŞ-nin nüvə başlıqlarının sayını azaltmaq üçün Rusiya və Çinlə danışıqlar aparmasının tərəfdarı olduğunu bildirib.

AzVision.az


Teqlər: Tramp   Nüvə  





Xəbər lenti