Dəniz piyada bölmələrinin təlimi keçirilib - VİDEO

   Dəniz piyada bölmələrinin təlimi keçirilib -    VİDEO
  20 Fevral 2025    Oxunub:440
Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə təlim keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Plana əsasən icra olunacaq fəaliyyətlər dəqiqləşdirildikdən sonra bölmələr şərti düşmən pusqusuna qarşı fəaliyyəti yerinə yetiriblər.

Mobil qruplar əlverişsiz hava şəraitində, meşəlik və dağlıq ərazilərdə vaxt normativinə uyğun təyin olunan istiqamətdə irəliləyib və pusqunu dəf edib. Həmçinin yaralılara ilkin tibbi yardım və təxliyə tapşırıqları uğurla icra edilib.



Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübənin tətbiq edildiyi, eləcə də şəxsi heyətin dözümlülük və praktiki vərdişlərinin artırılması məqsədilə yerinə yetirilən təlimdə verilən tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib, qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti