Tramp hərbi xərcləri azaldır

“Tramp administrasiyası Pentaqona geniş şəkildə büdcə kəsirlərini planlaşdırmağı tapşırıb. Pentaqonun rəhbəri Pit Hegset Müdafiə nazirliyinin yüksək rütbəli rəhbərlərinə və bütün ABŞ ordusuna qarşıdakı beş il ərzində müdafiə büdcəsini hər il 8% azaltmaq üçün planlar hazırlamaq barədə göstəriş verib”, - nəşr yazır.
Məlumata görə, təklif olunan tədbirlər Pentaqonun büdcəsinin hər il on milyardlarla dollar həcmində əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər. Müvafiq planların təqdim edilməsi üçün son tarix fevralın 24-ü olacaq.
Qeyd edək ki, ötən ilin dekabrında Trampın sələfi Co Bayden 2025-ci il üçün 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Tramp Pentaqon xərclər