“Estetik əməlyyat arsuzu uşaqlıq travmalarından gəlir” - Psixoloq

   “Estetik əməlyyat arsuzu uşaqlıq travmalarından gəlir”    - Psixoloq
  19 Fevral 2025    Oxunub:678
Son zamanlar estetik əməliyyatlar niyə bu qədər çoxalıb? Psixoloq Nərmin Hacıyevanın sözlərinə görə, hər şey ondan başlayr ki, insan daxilində özünü dəyərsiz, yetərsiz hiss edir və diqqəti özünə çəkmək istəyir. Bu insanlarda “görülmürəm, sevilmirəm, dəyərsizəm, qəbul olunmuram” şəklində şüuraltı proqramlar var.
“Bu cür insana elə gəlir ki, əməliyyat olunsa, daha gözəl olacaq, onu görəcəklər, sevəcəklər, dəyəri artacaq”,- deyə psixoloq bildirib. Onun sözlərinə görə, əksər hallarda bu şüuraltı proqramlar uşaqlıqda qazanılan travmalardan qaynaqlanır. Valideynlərindən kifayət qədər sevgi ala bilməyən uşaqlar böyüyüb, o sevgini başqalarında axtarıb, tərif eşitmək istəyirlər. Estetik əməliyyata gedən əksər insanlarda bu problem var. Amma bundan qurtulmaq üçün terapiya lazımdır, əməliyyat yox.

- Bu etdiyiniz yanlışdır. Özünüzlə üzləşməkdən qorxmayın. Sizi yalançı dəyərlərə, saxta sevgilərə sürükləyən addımlardan çəkinin. Canınızı riskə atmayın. Sadəcə, şüuraltınızı dəyişdirin ki, gözəlliyinizi görüb, qəbul edəsiniz. Arzuladığınız sevgi içinizdədir, çöldə yox,- deyə Nərmin Hacıyeva estetik əməliyyat arzusunda olanlara səslənib.

Samir Aslan
AzVision.az


Teqlər: Estetik-əməliyyat  





Xəbər lenti