Səfir Moskvada azərbaycanlı kursantlarla görüşdü
![Səfir Moskvada azərbaycanlı kursantlarla görüşdü Səfir Moskvada azərbaycanlı kursantlarla görüşdü](https://azvision.az/photos/2025/02/98ece670-2958-39d7-966e-d21a335cc9a5_850-1739854407.jpg)
“Bu gün səfirliyimizdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva Universitetində təhsil alan azərbaycanlı kursantlar qrupunu qəbul etdik”, – Moskvadakı diplomatik missiyanın başçısı qeyd edib.
Onun sözlərinə görə, görüşdə kursantlara “Azərbaycan – Rusiya münasibətlərinin hazırkı vəziyyəti, Azərbaycanın xarici siyasəti” haqqında məlumat verilib.
“Görüş 1-ci kurs kursantı Əli Məmmədovun Bethovenin “Patetik Sonata” əsərinin gözəl ifası ilə başa çatdı”, – səfir yazıb.
AzVision.az
Teqlər: