![]() |
Mask bir milyon insanı Marsa göndərmək istəyir |
"Əgər hər şey yaxşı olarsa, SpaceX Marsa avtonom işləyən və "Grok" süni intellekti ilə təchiz olunmuş robotları "Starship" gəmiləri ilə göndərəcək",- o yazıb.
Qeyd edək ki, iş adamı fevralın 18-də xAI tərəfindən hazırlanmış "dünyanın ən ağıllı süni intellekti" adlandırdığı Grok 3-ü təqdim etdi. Bu, çatbotun yeni və daha təkmil versiyası sayılır. Sınaqlar zamanı o, riyaziyyat, proqramlaşdırma və elmi hesablama sahələrində GPT-4o, Claude 3.5 Sonnet, Gemini-2 Pro və DeepSeek-V3-dən üstün olub.
Tural Tağıyev
AzVision.az