Bu barədə NASA-ya məxsus Yer planetinə yaxın obyektlərin tədqiqi mərkəzi məlumat yayıb.
Keçən həftə “The Independent” qəzeti NASA tədqiqatçısı David Rankinin hesablamalarına istinad edərək maraqlı
məlumat yaymışdı. Alim YR4 asteroidinin Yerə yaxınlaşan zaman Aya düşə biləcəyini ehtimal edib. Lakin nəşr belə bir ehtimalın 0,3% civarında olduğunu yazıb. Qeyd edilib ki, əgər asterodi Ayın səthinə düşsə onun təsir diametri yüzlərlə metr olacaq və kraterin əmələ gələcək. Bu həm də kosmosa partlayışdan sonra ay qalıqlarının qalxması ilə nəticələnə bilər.
Bundan əvvəl 2024 YR4 asteroidinin Yerlə birbaşa toqquşma ehtimalının iki dəfə artaraq 2,3%-ə çatdığı bildirilirdi.
Xatıırladaq ki, fevral ayında 2024 Yr4 adlı bir futbol meydançası ölçüsündə olan asteroidin 22 dekabr 2032-ci ildə Yerə çırpılacağı
məlum olub. Elm adamları həyəcan təbili çalmasalar da, kosmik cismin traektoriyasını yaxından izləyirlər.
Tural Tağıyev
AzVision.az