Makronun növbəti utopik iddiası
-1740035191.jpg)
“Biz Ukraynanı dəstəkləyirik və Avropada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün bütün məsuliyyəti öz üzərimizə götürəcəyik. Bu, Fransanın əsas marağıdır və mən onun qarantıyam. Biz, həmçinin prezident Trampın müharibəni bitirmək məqsədini bölüşürük”, - Fransa prezidenti “X” sosial şəbəkəsində yazıb.
Bu kontekstdə Makron sadiq qalacağı üç prinsipi açıqlayıb:
1. Ukrayna hər zaman bu işdə iştirak etməli və onun hüquqlarına hörmət olunmalıdır. 2. Sülh davamlı olmalı və etibarlı təminatlarla müşayiət edilməlidir. 3. Avropanın təhlükəsizlik məsələləri nəzərə alınmalıdır.
Mütəmadi şəkildə bir-birinə diamteral şəkildə zidd olan “döyüşkən” və “mütilik” ruhlu bəyanatları səsləndirən Frans prezidentinin Ukraynanın maraqlarının “təminatçısı” olması barədə lovğalığının tezliklə sabun köpüyü kimi yatacağı heç bir şübhə doğurmur.
Belə ki, o, dünən Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu açıqlayaraq, Fransadan Ukraynaya qoşun göndərilməsi barədə heç vaxt bəyana vermədiyini və Parisin də ora qoşun göndərməyə hazırlaşmadığını iddia edib. Başqa sözlə desək, Vaşinqtonla Moskvanın Ukrayna və Avropa məsələlərini avropalılarsız həll etmək iradəsi fonunda Emmanuel Makron açıq-aşkar yalan danışmağı yeganə çıxış yolu sayır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Makron