Kavelaşvili: “Bizi nüvə dövləti ilə müharibəyə sövq edirdilər”

      Kavelaşvili:    “Bizi nüvə dövləti ilə müharibəyə sövq edirdilər”
  18 Fevral 2025    Oxunub:817
Ukraynada müharibə başlayandan sonra xarici qüvvələr Gürcüstanı nüvə dövləti ilə təkbətək qoyaraq, Tbilsini Rusiya ilə müharibəyə itələyirdilər.
AzVision.az xəbər verir ki, Gürcüstan prezidenti Mixail Kavelaşvili “Radio Courtoisie” radiostansiyasına müsahibəsində bu reallığı açıqlayıb.

“Bizi nüvə dövləti ilə təkbətək qoyurdular və “sizi silahla təmin edək” sözünü veriridilər. Avropayönlü gənclər bizi Rusiyaya qarşı müharibəyə çağırırdılar. O vaxtkı hökuməti buna məcbur edirdilər. Belədə, “Gürcüstan bu müharibədə iştirak etməli idimi?” sualı yaranır”, - Kavelaşvili ritorik sual verib.

Onun sözlərinə görə, bu cür çağırışlar Ukraynada hərbi əməliyyatlar başlayandan sonra ilk gündən edilib. Gürcüstanı sanksiyalara qoşulmağa və könüllülər göndərməyə çağırdılar. Halbuki, Gürcüsatn NATO-nun Avropa İttifaqının (Aİ) Birliyinin üzvü deyil və öz ərazilərinin 20 faizi işğal olunub. Tbilisini silahla təmin etmək vədidi verənlər onu nüvə nəhəng nüvə silahı potensialına malik güclə qarşı-qarşıya qoymağa çalışırdılar. Bir tərəfdən də, avropyönlü gənclər buna səsləyirdilər.

- O vaxtkı hökumət bu təzyiqlərə boyun əyməli oldu. Lakin biz sülh yolunda bizi dəstəkləyən insanların dəstəyini xüsusilə hiss etdik. Bir gün tarix tanıyacaq ki, biz ölkəni xilas etmişik. Biz vətəndaşlarımıza həqiqəti söyləməliyik”, - Gürcüstan prezidenti vurğulayıb.

Gürcüstan hakimiyyətinə milli maraqların müdafiəsində xalqın göstərdiyi köməyi qeyd edən Kavelaşvili, təəssüflə bildirib ki, ölkəniun o vaxtkı prezidenti Salome Zurabişvili Moldova və Ukraynanın arxasında dayanmışdı.

Onun sözlərinə görə, Gürcüstan Tramp administrasiyasının siyasətinin Tbilisinin ABŞ və Aİ ilə münasibətlərinə təsir göstərəcəyinə ümidlidir.

“Gülməli odur ki, bəzi liberal liderlər indi Trampın mövqeyinə uyğunlaşırlar. Biz kiçik ölkəyik və bir daha xatırladım ki, Gürcüstana bu təzyiqlər Ukraynada müharibə başlayandan sonra göstərilib. Bizim mövqeyimiz aydındır: Ukraynada bu müharibə dayandırılmalıdır. Bu barədə əvvəldən demişik. Bu gün Tramp da eyni şeyi deyir, lakin biz onun mövqeyinin davamçısı deyilik – biz bunu müharibənin ilk günündən deyirik”, - Mixail Kavelaşvili diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kavelaşvili   Qərb   təzyiqlər  





Xəbər lenti