Ağdaşda yol təmirinə 1,5 milyon manat ayrıldı

Ağdaşda yol təmirinə 1,5 milyon manat ayrıldı
  19 Fevral 2025    Oxunub:403
Prezident İlham Əliyev Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq 1,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti