BƏƏ Prezidenti Azərbaycan istehsalı silahlara baxdı

   BƏƏ Prezidenti Azərbaycan istehsalı silahlara baxdı
  19 Fevral 2025    Oxunub:513
Fevralın 19-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Əbu-Dabi şəhərində keçirilən “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendini ziyarət edib.
Bu barədə AzVision.az -a nazirlikdən məlumat verilib. Bildirilib ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev BƏƏ prezidentinə sərgidə nümayiş olunan Azərbaycanın istehsal etdiyi hərbi məhsullar haqqında ətraflı məlumat verib. Dövlət başçısı “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisində fəal iştirak edən Azərbaycanın nümayəndə heyətinə uğurlar arzulayıb.



Daha sonra İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullarla tanış olub. Nazirə yerli məhsullar haqqında geniş məlumat verilib.

Qeyd edək ki, bu gün sərgi çərçivəsində nazir V.Mustafayev BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadel Əl Mazrouei, “EDGE Group” şirkətinin İdarə Heyətinin sədri Faysal Əl Bannai, “Tawazun” şurasının baş katibi Nasser Al Nuaimi və Çin Xalq Respublikasinin “CETC International” şirkətinin rəhbərliyi ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, maraq doğuran məsələlər ərtafında fikir mübadiləsi aparılıb. “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisi fevralın 21-dək davam edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti