Putin: Heç kim Ukraynanı danışıqlar prosesindən kənarda qoymur - YENİLƏNİB

      Putin:    Heç kim Ukraynanı danışıqlar prosesindən kənarda qoymur -    YENİLƏNİB
  19 Fevral 2025    Oxunub:528
"Danışıqlar prosesi həm Rusiyanın, həm də Ukraynanın iştirakı ilə baş tutacaq".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, heç kim Ukraynanı bu prosesdən kənarda qoymur.

Putin ABŞ prezidenti Donald Trampın telefon danışığı zamanı bunları söylədiyini bildirib. Qeyd edib ki, danışıqlar Moskva və Kiyevin iştirakı ilə baş tutacaq və heç kim Ukraynanı bu prosesdən kənar qoymur: "Mən bunu təsdiqləyə bilərəm".

AzVision.az



Teqlər:





Xəbər lenti