Ukraynada Trampa məxsus platforma bloklandı

Ukraynada Trampa məxsus platforma bloklandı
  20 Fevral 2025    Oxunub:517
ABŞ Prezident Donald Trampa məxsus olan "Truth Social" platforması Ukraynada bloklanıb.
AzVision.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, bu gündən etibarən Ukraynada sözügedən platformaya qoşulmaq qeyri-mümkün olub.

Qeyd edilib ki, bu, Trampın, həm də onun administrasiyasının bir çox yüksəkvəzifəli üzvlərinin - Marko Rubio, İlon Mask və başqalarının Volodimir Zelenskiyə qarşı tənqid atəşinə reaksiyadır.

Xatırladaq ki, jurnalist Taker Karlson və DOGE rəhbəri İlon Mask Ukraynada söz azadlığının olmaması, faktiki olaraq bütün televiziya kanallarının bağlanması və istənilən müxalifət mətbuatının məhv edilməsinə görə Zelenskini açıq şəkildə tənqid ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti