Bu halda Ukrayna NATO-ya qəbul oluna bilər

Bu halda Ukrayna NATO-ya qəbul oluna bilər
  20 Fevral 2025    Oxunub:480
ABŞ Ukrayna üçün mümkün təhlükəsizlik təminatlarından biri kimi Rusiya müqavilənin şərtlərini pozarsa, Kiyevə avtomatik şəkildə NATO-ya daxil olacağı vədini nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, dörd amerikalı məmura istinad edən “NBC” telekanalı belə məlumat yayıb.

“Onların dediyinə görə, bu variant Ukrayna və Aİ-nin əsas narahatlıqlarından birini həll etmək məqsədi daşıyır: Rusiya hərbi qüvvələri yenidən səfərbər edərək yenidən hücuma keçməsi ehtimalının qarşısını almaq. Eyni zamanda, təhlükəsizlik təminatlarının təmin edilməsinin əsas şərti nadir torpaq metalları ilə bağlı sövdələşmədir ki, bu da “mütləq” şəkildə qalır”, - NBC bildirir.

Ağ Evin təmsilçisi deyib ki, ABŞ-nin Maliyyə naziri Scott Bessentin müvafiq təklifi “Ukraynanın özünü müdafiə etmək qabiliyyətinin indiyədək əsasən Amerika vergi ödəyiciləri tərəfindən təmin olunduğunun etirafıdır.

Kiyev ABŞ-nin təkilf etdiyi sazişi öyrənəcək
Xatırladaq ki, ötən həftə Kiyevə səfər gələn Bessent, burada münaqişə bitdikdən sonra, təhlükəsizlik zəmanəti müqabilində Ukraynanın nadir torpaq minerallarının yarısının istehsalına nəzarət etmək üçün ABŞ-nin 500 milyard dollarlıq təklifini masa üzərinə qoyub.

Üç mənbəyə istinad edən “The Economist” nəşrinin yazdığına görə, Ukrayna lideri Volodimir Zelenskiyə sazişi imzalamaq üçün cəmi bir saat vaxt verilib. Sənəddə Ukraynanın təhlükəsizliyi ilə bağlı heç bir öhdəliyin ehtiva olunmadığını əsas gətriən Zelenski onu imzalamaqdan imtina edib.

ABŞ prezidenti Donald Tramp, öz növbəsində, Kiyevdə Bessentə qarşı kobud rəftar sərgiləndiyini vurğulayıb. O, Ukraynanı sövdələşməni pozmaqda günahlandırsa da, vəziyyətin “ürəkaçan” olamyacağı təqdirdə, bu sənədi yenidən “canlandıracağını” vəd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   NATO  





Xəbər lenti