Moskva ilə Dəməşq arasında yüksək səviyyəli təmaslar olacaq

Moskva ilə Dəməşq arasında yüksək səviyyəli təmaslar olacaq
  19 Fevral 2025    Oxunub:516
Rusiya Suriyanın yeni administrasiyasının nümayəndələri ilə danışıqlar aparacaq.
AzVision.az xəbər verir ki, Rusiya XİN-in rəhbəri Sergey Lavrov Vladimir Putinlə Dəməşqdə hazırkı administrasiyanın rəhbəri arasında telefon danışığından əvvəl Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiyanın Xarici İşlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi idarələrarası nümayəndə heyətinin Suriyaya səfərinin olduğunu diqqətə çatdırıb.

“Gələn həftə biz suriyalı həmkarlarımızla müntəzəm şəkildə yüksək səviyyəli təmasları planlaşdırırıq”, - Lavrov bildirib.

O, Rusiya nümayəndə heyətinin Dəməşqə səfərinin nəticələrini “çox müsbət” adlandırıb.

Xatırladaq ki, fevralın 12-də Rusiya lideri Vladimir Putinlə Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şara arasında ilk telefon danışığı olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Moskva   Dəməşq   təmaslar  





Xəbər lenti