Zelenski ABŞ vitse-prezidenti ilə görüşəcək

   Zelenski ABŞ vitse-prezidenti ilə görüşəcək
  11 Fevral 2025    Oxunub:445
Ukrayna Prezidenti Volodimir Zelenskinin cümə günü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-nin vitse-prezidenti C.D.Venslə görüşü baş tutacaq.
Bu barədə onun sözçüsü Sergiy Nikiforov "Agence France-Presse" (AFP) xəbər agentliyinə məlumat verib. Digər tərəfdən, ABŞ lideri Donald Tramp bildirib ki, ölkənin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq da müharibənin həlli üzrə danışıqlara tezliklə qoşulacaq. Ukrayna Prezidentinin Ofisi də Kelloqun gözlənilən səfərini təsdiqləyərək, bu səfərin fevralın 20-ə nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Eyni zamanda, Volodimir Zelenski ötən gün yayımladığı videomüraciətində Donald Trampla da görüşə hazırlaşdığını vurğulayıb. Belə bir görüşün vaxtı və yeri barədə hələlik məlumat yoxdur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   ABŞ   Rusiya   müharibə   danışıqlar  





Xəbər lenti