USAID “Əl-Qaidə” liderinin təhsil haqqını ödəyibmiş

   USAID “Əl-Qaidə” liderinin təhsil haqqını ödəyibmiş
  09 Fevral 2025    Oxunub:839
ABŞ-nin Beynəlxalq İnkişaf agentliyinin (USAID) “Əl-Qaidə” terror təşkilatının lideri Ənvər əl-Əvlakinin kollecdə təhsil almasının xərcini ödədiyi ilə bağlı faktlar üzə çıxıb.
Ənvər əl-Əvlaki 1971-ci ildə ABŞ-nin Nyu-Meksiko ştatının Las-Kruses şəhərində doğulub. Onun valideynləri yəmənli miqrantlar idilər. Uşaqlığı hər iki ölkədə paralel keçən Ənvər 2004-cü ildə Yəməndə məskunlaşıb. Orada “Əl-Qaidə”yə qoşulub və sonradan təşkilatın liderlərindən birinə çevrilib.

2009-cu ildə ABŞ-də təşkil etdiyi terror aktlarından sonra onun adı Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) ən çox axtardığı terrorçuların siyahısına salınıb.

2011-ci ildə o vaxtkı prezident Barak Obamanın sanksiyası ilə ABŞ kəşfiyyatının keçirdiyi əməliyyat zamanı drondan açılan atəşlə məhv edilib. O, ABŞ hökumətinin icazəsi ilə dron vasitəsilə öldürülən ilk ABŞ vətəndaşı kimi tarixə düşüb.


USAİD-in Amerika vətəndaşına yardım etmək səlahiyyəti olmadığı üçün əl-Əvlakini Yəmən vətəndaşı kimi sənədləşdirib və təhsil haqqını ödəyiblər.

Samir Quliyev
AzVision.az


Teqlər: USAID  





Xəbər lenti