Arvadını öldürüb Gürcüstana qaçan şəxs Azərbaycana gətiriləcək
![Arvadını öldürüb Gürcüstana qaçan şəxs Azərbaycana gətiriləcək Arvadını öldürüb Gürcüstana qaçan şəxs Azərbaycana gətiriləcək](https://azvision.az/photos/2023/11/1650087999_hebs-1700298240.jpg)
Bildirilib ki, fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb.
Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.
AzVision.az
Teqlər: