Sabahın hava proqnozu
![Sabahın hava proqnozu Sabahın hava proqnozu](https://azvision.az/photos/2025/02/sunshine_jpg-5goodjpg-1739175956.jpg)
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
AzVision.az