Ukrayna kütləvi hava hücumuna məruz qalıb

   Ukrayna kütləvi hava hücumuna məruz qalıb
  11 Fevral 2025    Oxunub:335
Rusiya hərbçiləri Ukraynanın qaz-energetika kompleksinin obyektlərinə qrup şəklində zərbələr endirib.
AzVision.az xəbər verir ki, Rusiyanın Müdafiə nazirliyinin yaydığı məlumatda bu obyektlərin Ukrayna hərbi sənaye kompleksinin işini dəstəklədiyi iddia olunur. Həmçinin, hərbi aerodromların infrastrukturuna, anbar və pilotsuz təyyarələrin istifadəsi üçün hazırlıq sahələrinə də hücum edildiyi bildirilir.

Bundan əvvəl Ukraynanın “Naftoqaz” şirkəti ölkənin qaz infrastrukturuna ziyan vurduğunu açıqlamışdı: “Naftoqaz” qrupunun Poltava vilayətindəki istehsalat obyektlərinə ziyan dəyib”.
Ukraynanın energetika naziri German Qaluşenko da qaz infrastrukturuna hücum edildiyini təsdiqləyib.

Polşalı hərbçilərə istinad edən “Reuters” agentliyi Rusiyanın səhər saatlarında həyata keçirdiyi bu hücumdan sonra Polşanın və onun müttəfiqlərinin döyüş təyyarələrinin Ukraynanın təhlükəli zonaları ilə həmsərhəd ərazilərdə təhlükəsizliyi təmin etmək üçün hərəkətə gətirildiyini yazıb.

“Silahlı Qüvvələrin operativ komandanlığı mövcud vəziyyətə nəzarət edir, onun qüvvə və vasitələri dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir”, - Polşa komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, növbətçi qırıcı təyyarə cütlükləri havaya buraxılıb, yerüstü hava hücumundan müdafiə (HHM) və radar kəşfiyyat sistemləri ən yüksək hazırlıq səviyyəsinə gətirilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   Polşa  





Xəbər lenti