"Google Chrome"da kritik boşluq aşkarlanıb

"Google Chrome"da kritik boşluq aşkarlanıb
  10 Fevral 2025    Oxunub:559
“Google Chrome” brauzerində kritik boşluq (CVE-2025-0445) aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən, boşluq V8 mühərrikində yaddaşın azad edilməsindən sonra istifadəsi (Use After Free-UAF) səbəbindən yaranır. Nəticədə kiberdələduzlar xüsusi hazırlanmış HTML səhifələri vasitəsilə bu boşluğu uzaqdan istismar edə bilərlər.

Problemlə əlaqədar istifadəçilərə və inzibatçılara “Chrome” brauzerini 133.0.6943.53 və ya daha yeni versiyaya yeniləmək tövsiyə olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti