İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi

   İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi
  10 Fevral 2025    Oxunub:428
Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsini təsdiqləyib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bu il Fondun gəlirləri 2 milyard 571 milyon 690 min manat, əvvəlki illərdə istifadə olunmamış vəsaitləri 370 milyon manat, Fondun xərcləri isə 2 milyard 941 milyon 690 min manat olmaqla təsdiqlənib.

2024-cü ildə müqayisədə Fondun büdcəsi 4,6 % artırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti