“Ölkəmizə xaricdə deyil, Amerikada istehsal olunan polad və alüminium lazımdır. Bu vacib məsələdir. Biz Amerikanı əvvəlki sərvətini qaytarmağa başlayırıq. Bizim gözəl sənayemizin Amerikaya qayıtmasının vaxtıdır. Bu, bir çox addımdan ilkidir”, - ABŞ prezidenti fərmanın imzalanmasından sonra deyib.
İstisnasız olaraq bütün ölkələrdən polad və alüminiuma yeni rüsumlar tətbiq edilir. Donald Tramp da təsdiqləyib ki, yaxın iki gündə Amerika məhsullarına rüsum tətbiq edən ölkələrdən idxala rüsum qoymaq niyyətindədir. Eyni zamanda, ABŞ prezidenti bundan sonra dərman və kompüter çiplərinin idxalına əlavə rüsumlar tətbiq edə biləcəyini açıqlayıb. Digər ölkələrin əks tədbirləri ilə bağlı suala isə Tramp “Əleyhinə deyiləm” cavabını verib.
Qeyd edək ki, ABŞ-yə ən böyük polad tədarükçüləri qonşu Meksika və Kanadadır, ABŞ isə Kanadadan ən çox alüminium idxal edir.
![]() |
Tramp “tarif müharibələri”nə başladı |
Kanadanın polad istehsalının təmərküzləşdiyi Ontario əyalətinin baş naziri Daq Ford Trampı “iqtisadiyyatımızı riskə atan yanlış yerdəyişmədə və davam edən xaosda” günahlandırıb.
Trampın bu addımı xüsusilə Cənubi Koreyanın ən böyük polad və avtomobil istehsalçılarının səhmlərinin azalmasına səbəb olub. Bu ölkə ABŞ-yə əsas polad ixracatçısıdır.
Xatırladaq ki, bu ayın əvvəlində Donald Tramp Kanada və Meksikadan idxal edilən bütün mallara 25 faizlik rüsum tətbiq edəcəyini bildirsə də, bu ölkələrin liderləri ilə danışdıqdan sonra planı 30 gün gecikdirməyə razılaşıb. O, həmçinin ABŞ-yə idxal olunan bütün Çin mallarına 10% yeni tariflər tətbiq edib. Pekin isə düqnəndən qüvvəyə minən öz tarifləri ilə cavab addımı atıb.
Sahil İsgəndərov
AzVision.az