Trampın HƏMAS-dan sərt tələbi

   Trampın HƏMAS-dan sərt tələbi
  11 Fevral 2025    Oxunub:504
ABŞ prezidenti Donald Tramp HƏMAS-dan şənbə günü günortaya qədər bütün israilli girovları buraxmağı tələb edib.
“Əgər şənbə günü saat 12:00-a qədər bütün girovlar qaytarılmasa, mən düşünürəm ki ki, atəşkəs razılaşmasını ləğv etmək və cəhənnəmin başlamasının vaxtı çatıb”, - “Deutsche Welle” nəşri Donald Trampın sözlərindən sitat gətirib.

Bundan əvvəl HƏMAS nümayəndələri fevralın 15-nə planlaşdırılan girovların İsrailə təhvil verilməsini sonuncunun atəşkəs şərtlərinə əməl etməməsi səbəbindən təxirə salmaq niyyətində olduqlarını açıqlamışdı. İsrail tərəfindən iddia edilən pozuntular siyahısına bunlar daxildir: fələstinlilərin Qəzza zolağının şimalına qayıtmasının, çadırların, yanacaqların, dərmanların və dağıntıların təmizlənməsi üçün avadanlıqların idxalının qarşısının alınması.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul edən ABŞ prezidenti Vaşinqtonun Qəzza zolağına nəzarəti ələ alacağını bildirib.

- Biz onu inkişaf etdirəcəyik, minlərlə iş yeri yaradacağıq. Bu, bütün Yaxın Şərqin fəxr edə biləcəyi bir şey olacaq”, - Donald Tramp deyib.

Tramp: "Səbrimiz tükənir"
ABŞ prezidenti, həmçinin Qəzza zolağında yaşayan fələstinlilərin köçürülməsini təklif edib. Onun təklifimni bəyənən Benyamin Netanyahu bunu “inqilabi” təşəbbüs adlandırıb. Lakin fələstinlilərin özləri, bir sıra ərəb ölkələri və ABŞ-nin Qərb tərəfdaşları Trampı beynəlxalq hüququ pozmaqda günahlandıraraq onun təklifin tənqid ediblər.

Buna rəğmən, dünən Donald Tramp Qəzza sektorunu almaq niyyətini bir daha təsdiqləyib.

"Qəzzanın bərpasına gəlincə, biz onu Yaxın Şərqdəki digər dövlətlərə verə bilərik ki, ərazisinin bir hissəsini inkişaf etdirsin; digərləri bunu bizim himayəmiz altında edə biləcəklər”, - ABŞ prezidenti vurğulayıb.

Tramp, hətta onun Qəzza planının bir hissəsi kimi fələstinliləri qəbul etməyəcəkləri halda, ABŞ-nin müttəfiqləri olan İordaniya və Misirə yardımı “nəzəri” baxımdan dayandıracağı ilə hədələyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   HƏMAS   tələb  





Xəbər lenti