Avropa Ermənistanla maksimum dərəcədə yaxınlaşıb
![Avropa Ermənistanla maksimum dərəcədə yaxınlaşıb Avropa Ermənistanla maksimum dərəcədə yaxınlaşıb](https://azvision.az/photos/2025/02/ARM-1739268314.jpg)
“Ermənistanda davam edən müzakirələr Avropa İttifaqının (Aİ) və onun dəyərlərinin cəlbediciliyini nümayiş etdirir. Aİ ilə Ermənistan arasında münasibətlər heç vaxt indiki qədər yaxın olmayıb. Avropa Sülh Fondu çərçivəsində 10 milyon avro məbləğində viza rejiminin liberallaşdırılması və dəstək üzrə dialoqun başlanması bunu nümayiş etdirdi”, - məlumatda bildririlir.
Brüssel, həmçinin erməni həmkarları ilə Avropaya inteqrasiya haqqında qanun layihəsini müzakirə etməyə söz verib. Hüquqi baxımdan Aİ-yə üzvlük məsələsinin hələ gündəmdə olmasa da, Ermənistan artıq ittifaqla daha dərin tərəfdaşlığa doğru irəliləyir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Aİ Ermənistan yaxınlaşma