AzVision.az xəbər verir ki, iki məlumatlı mənbəyə istinad edən “Reuters” agentliyinin yazdığına görə, ABŞ rəsmiləri, o cümlədən Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq 14-16 fevralda keçiriləcək Münhen Təhlükəsizlik Konfransı (MSC) zamanı bu planı avropalılarla müzakirə edəcək.
“Bu, Tramp administrasiyası tərəfindən Amerika kapitalını əhəmiyyətli dərəcədə xərcləmədən Kiyevə ABŞ istehsalı olan silahların tədarükünü davam etdirmək üçün nəzərdə tutulan bir neçə ideyadan biridir”, - agentlik bildirib.
Agentliyə müsahibəsində bu planın mövcudluğunu təsdiqləməkdən imtina edən Kit Kelloq vurğulayıb ki, ABŞ öz iqtisadiyyatını gücləndirən Amerika istehsalı olan silahları həmişə satmaq istəyib. Kelloq onu da diqqətə çatdırıb ki, Kiyev Amerika silahlarını silahları almaqda davam edir. Onların göndərilməsi Trampın sələfi Co Bayden tərəfindən təsdiqlənib.
Bundan əvvəl ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsinin fevralın 20-də Kiyevə səfər edə biləcəyi barədə məlumat yayılıb. Bir neçə gün əvvəl isə, Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə “ehtimal olunan” görüşündən danışıb. Amma bu görüşün vədəsini dəqiqləşdirməyib.
Sahil İsgəndərov
AzVision.az