Emənistanda vəkillər tətil elan ediblər
“Təcili zərurət yaranarsa müstəsna hallarda, məsələn, kiminsə barəsində həbs qərarı çıxarılarsa, həmin anda vəkil gələ bilər. Digər hallarla bağlı isə hamı tətilə qoşulub. Hüquqşünaslar hazırda məhkəmə binaları qarşısında maarifləndirmə aksiyaları aparırılar. İndi vəkillərin ümumi yığıncağı keçirilir, ondan sonra mətbuat konfransı olacaq”, - Tiqranyan bildirib.
Hüquqşünas Sergey Arutyunyan, öz növbəsində, çox mənfi nəticələrə səbəb olacaq vergi dəyişikliklərinə diqqət çəkib. Onun sözlərinə görə, vəkil xidmətlərinin haqqının mütləq artacağına əlavə olaraq, dövlət əslində vəlillərə pulsuz hüquqi yardım göstərməyi qadağan edir. Məqsəd həm müxalifətə, həm də hüquq ictimaiyyətinə daha çox təzyiq göstərməkdir ki, bu da daha çox mənfi nəticələrə gətirib çıxaracaq.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermənistan vəkillər tətil