“Əslində vasitəçilərə ehtiyac olmadığı barədə İrəvandan müxtəlif səviyyələrdə bəyanatlar eşitmişik. Həm İrəvan, həm də Bakı bu proses yekunlaşana qədər danışıqları davam etdirməyə qadirdir. Hər cür mümkün yardımı göstərməyə hazır olsaq da, onların müstəqil səylərini alqışlayacağıq”, - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
![]() |
Simonyan: “Rusiyaya ehtiyac yoxdur” |
Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan keçmiş təcrübənin “pis xatirələri” səbəbindən nizamlanma prosesində Rusiyanın iştirakına İrəvanın razılaşacağının “çox çətin” olduğunu bildirib.
Sahil İsgəndərov
AzVision.az