Emin Əmrullayev: "Qadınların təhsil səviyyəsi artırılmalıdır"

Emin Əmrullayev: "Qadınların təhsil səviyyəsi artırılmalıdır"
  10 Fevral 2025    Oxunub:491
"PISA-nın (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticələrinə əsasən, oxuma qabiliyyəti baxımından 10 yaşına çatan qızların nəticələri daha yüksəkdir, lakin sonrakı yaşlarda isə təhsil göstəriciləri azalır".
AzVision.az "Report"a istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib:

"Bu gün Azərbaycanda təhsillə əhatəlilik 99 %-dən yüksəkdir. PISA nəticələrinə baxsaq, əsas məsələ keyfiyyətə nəzarətin gücləndirilməsidir. Erkən uşaqlıq dövründə təhsillə əlaqəli praktika çox önəmlidir. Bir çox halda fərqli siyasətlər qəbul edilərək qısamüddətli kurslarla çox çevik nəticələr əldə edilməsinə çalışılır, lakin təcrübələr göstərir ki, yaxşı nəticə üçün uzun müddət lazımdır".

AzVision.az


Teqlər: təhsil  





Xəbər lenti