“Donald Tramp administrasiyası Avropaya masa arxasında yer vermək üçün Ukrayna sülh planını təxirə salıb. Sülh planı üzərində işi başa çatdırmazdan əvvəl Kit Kelloq NATO ölkələrinin prezidentləri və baş nazirləri ilə danışıqlar aparmaq niyyətindədir”, - qəzet yazır.
Donald Trampın xüsusi nümayəndəsi avropalı diplomatlara hər hansı sülh sazişinin forması və bu ölkələrin münaqişənin həlli prosesinə necə töhfə verə biləcəyi ilə bağlı Avropa liderlərinin fikirlərini öyrənmək istədiyini bildirib. Eyni zamanda, Kelloq avropalı diplomatları əmin edib ki, Vaşinqton Rusiya ilə gələcək danışıqlarda Ukraynanın mövqeyini gücləndirmək istəyir.
![]() |
Tramp Zelenski ilə danışıqların anonsunu verib |
“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Trampa “gələcək həftələrdə” sülh planı variantlarını təqdim edəcək. Mənbələrə istinad edən agentlik, həmçinin Kit Kelloqun Münhen Təhlükəsizlik Konfransında Avropa rəsmiləri ilə görüşəcəyini, Kiyevə və bəzi Avropa ölkələrinə səfər edəcəyini yazıb. Bununla belə, onun Moskvaya getməyə hazırlaşmadığı bildirilir.
Sahil İsgəndərov
AzVision.az