Moskva vilayətinin Krasnoqorsk şəhərindəki konsert zalı yaraqlıların hücumu zamanı tamamilə yanıb, onun dam örtüyü uçub. Yanğından dəyən ziyanı 10-12 milyard rubl dəyərində qiymətləndirilir. “Crocus City Hall” sığortalansa da, sığorta bazarındakı mənbə sığorta məbləğinin dəymiş ziyanın həcmindən xeyli aşağı ola biləcəyini deyib. Moskva vilayətinin səlahiyyətliləri dağıdılmış ərazinin bərpa olunmayacağını bildiriblər.
“Crocus City Hall” konsert zalına hücum işində 1700-dən çox insan zərərçəkmiş kimi tanınıb, daha 800-dən çox adam şahid qismində dindirilib. Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin 27 nəfərin təqisrləndirildiyini açıqlayıb.
![]() |
Tacikistanda “Krokus” faciəsi ilə bağlı 9 nəfər saxlanılıb |
Fevralın əvvəlində təqsirləndirilənlərdən birinin vəkili Oleq Vlasov bir ildən az davam edən cinayət təhqiqatının sona çatdığını bildirib. Mart ayında cinayət işi təsdiqlənmək üçün Rusiyanın Baş prokurorluğuna, terror aktının ildönümündə isə mahiyyəti üzrə baxılması üçün 2-ci Qərb Dairə Hərbi Məhkəməsinə göndəriləcək.
Sahil İsgəndərov
AzVision.az