Retkliff: “ABŞ-nin əsas rəqibləri Rusiya və Çindir”

      Retkliff:    “ABŞ-nin əsas rəqibləri Rusiya və Çindir”
  24 Yanvar 2025    Oxunub:356
ABŞ Senatı Con Rekliffin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə namizədliyini təsdiqləyib.
AzVision.az
“Reuters” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Donald Trampın ilk prezidentliyi dövründə ABŞ-nin Milli Kəşfiyyatın rəhbəri olmuş Retkliff Senatda müzakirələr zamanı Trampın keçmişdəki siyasətini tənqidə və qiymətləndirməyə görə MKİ-nin əməkdaşlarını təqib etməyəcəyini bildirib.

Onun sözlərinə görə, Rusiya və Çin ABŞ-nin strateji rəqibləridir. Retkliff, həmçinin, Amerika kəşfiyyatçılarının həyatına sui-qəsd törədilmiş “Havana sindromu” adlı hadisənin təhqiqatını başa çatdıracağına söz verib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Retkliff   Rusiya   Çin  





Xəbər lenti