Stoltenberq: “Ya NATO, ya da silahlanma”

      Stoltenberq:    “Ya NATO, ya da silahlanma”
  23 Yanvar 2025    Oxunub:362
Əgər Qərb dövlətləri Ukraynanı NATO-ya qəbul etməkdə tərəddüd göstərirsə, Kiyevi Rusiyanın təcavüzündən qorumaq üçün onu dişlərinə qədər silahlandırmalıdırlar.
AzVision.az “Ukrinform” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Davos Dünya İqtisadi Forumunda diskussiyalar zamanı NATO-nun keçmiş baş katibi Yens Stoltenberq belə deyib.

“Başa düşürəm ki, paytaxtlarda Ukraynanın NATO-ya üzvlüyü barədə çox da həvəs yoxdur. Onda ikinci həll yolu var: ukraynalıları dişlərinə qədər silahlandırmaq. Əgər 2012-ci ildə səhv bir iş görmüşüksə, bu, 2014-cü ildən 2022-ci ilə qədər Ukraynanı silahlandırmamağımızdır”, - Stoltenberq təəssüf hissini gizlətməyib.

O, 2017-2018-ci illərdə NATO-da böyük müzakirələr getdiyini və müttəfiqlərin əksəriyyətinin Ukraynaya öldürücü silahların verilməsinə “yox” dediyini xatırladıb. Çünki bu, Rusiyanı təhrik edə bilərdi. Halbuki, Ukraynaya öldürücü silahların çatdırılması qərarını təsdiqləyən ABŞ prezident Tramp da var idi.

Onun fikrincə, Ukrayna hər halda alyansa qəbul olunmalıdır və bu, hətta Rusiyanın zəbt etdiyi ərazilərsiz də həyata keçirilə bilər: “Mən əminəm ki, Ukrayna üçün ən yaxşı təhlükəsizlik təminatı 5-ci maddədir, yəni NATO-ya üzvlükdir. Şərqi Almaniyaya zəmanət şamil olunmadan biz Qərbi Almaniyaya malik idik. Kuril adalarını daxil olmadan ABŞ-nin Yaponiyaya verdiyi zəmanətlərlə oxşar bir məqamımız var idi”.

Bu nümunələrə əsaslanan Yens Stoltenberq, siyasi iradənin olacağı tərzdə, Rusiyanın müvəqqəti işğal etdiyi Ukrayna əraziləri nəzərə alınmadan NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqinin coğrafiyasını istənilən qədər genişləndirməyin mümkün olduğunu iddia edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Stoltenberq   Ukrayna   NATO   silahlanma  





Xəbər lenti