Ukrayna PUA-larının Rusiyaya kütləvi hücumu olub
“Ötən gecə Ukraynanın 121 PUA-sı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən tutularaq məhv edilib: 37-Bryansk, 20-Ryazan, 17-Kursk, 17-Saratov, 7-Rostov, 6-Moskva, 6-Belqorod, 3-Voronej, 2-Tula, 2-Orlov, 2-Lipetsk vilayətləri, 1-Krım yarımadas, 1- Moskva şəhəri üzərində”, - xəbərdə deyilir.
Qeyd edək ki, bu hadisə cari ilin əvvəlindən Ukrayna PUA-larının Rusiyaya ilk belə kütləvi hücumudur. İstisna deyil ki, Putinlə Tramp arasında ehtimal edilən telefon danışığı ərəfəsində rəsmi Kiyev özünün də mövqeyinin vacib olduğu zərurətini bu yolla Vaşinqtona və Moskvaya xatırladır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna Rusiya PUA-lar