Ötən il TƏBİB-in müəssisələrinə 24 milyondan çox müraciət olub

Ötən il TƏBİB-in müəssisələrinə 24 milyondan çox müraciət olub
  23 Yanvar 2025    Oxunub:349
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrində keçən il ümumilikdə 24 milyon 63 min 849 müraciət qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, bunlardan 588 min 431-i stasionar, 23 min 475 418-i ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci illə müqayisədə 23 %, 2023-cü illə müqayisədə 10 % çox olub.

Keçən il göstərilən xidmət sayında ötən illərlə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 82 milyon 426 min 768 (11 202 755 stasionar, 71 224 013 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 54 %, 2023-cü illə müqayisədə isə 21 % artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ötən il ərzində 33 milyon 343 min 857 sayda laborator müayinələr aparılıb ki, onların da 5 milyon 209 min 889-u stasionar, 28 milyon 133 min 968-i ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 112 %, 2023-cü illə müqayisədə isə 31 % artım qeydə alınıb.

Cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. İl ərzində 375 min 520 cərrahi əməliyyat və prosedur (345 min 191 stasionar, 30 min 329 ambulator olmaqla) icra olunub. Ötən illərlə müqayisə etsək, cərrahi əməliyyat və prosedurlar 2022-ci illə müqayisədə 16 %, 2023-cü illə müqayisədə isə 9 % artıb.


AzVision.az


Teqlər:





Xəbər lenti