Peskov Trampın SSRİ açıqlaması ilə razılaşmadı

Peskov Trampın SSRİ açıqlaması ilə razılaşmadı
  23 Yanvar 2025    Oxunub:294
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampla bağlı diqqət çəkən açıqlamalar verib.
Kreml rəsmisi jurnalistlərlə söhbətində Ağ Ev rəhbərinin SSRİ-nin İkinci Dünya Müharibəsində “köməkçi” rolu oynaması fikri ilə razılaşmadığını deyib.

Tramp: Rusiyaya zərər vermək niyyətim yoxdur
"Prezident Tramp artıq Amerika ilə Avropa arasında bir okean olduğunu qeyd edib. Həmin vaxtı da okean var idi. Həm müharibə, həm hərbi əməliyyatlarla bağlı teatr, həm də on milyonlarla insanın ölümü Amerika üçün başqa bir qitədə baş verən proses idi...",- o qeyd edib.

Xatırladaq ki, Tramp Truth sosial şəbəkəsindəki hesabında yazıb ki, Rusiya İkinci Dünya Müharibəsində qalib gəlmək üçün ABŞ-yə kömək edib.
“Biz heç vaxt Rusiyanın bizə İkinci Dünya Müharibəsində qalib gəlməyimizə bizə kömək etməsini unutmamlıyıq. Bu prosesdə 60 milyona yaxın insan həyatını itirdi”, - o yazıb.

Onun açıqlamasından belə anlaşılır ki, müharibəni SSR deyil məhz ABŞ qazanıb və ruslar da köməkçi qüvvə rolunda oynayıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Peskov  





Xəbər lenti