NATO rəhbəri: "4-5 ildən sonra özümüzü müdafiə edə bilməyəcəyik"

      NATO rəhbəri:    "4-5 ildən sonra özümüzü müdafiə edə bilməyəcəyik"
  23 Yanvar 2025    Oxunub:316
NATO-nun baş katibi Mark Rutte diqqət çəkən açıqlamalar verib.
"Bloomberg"in yaydığı məlumata görə, o, qeyd edib ki, Rusiya üç ayda bütün NATO ölkələrinin bir ildə ərsəyə gətirdiyi qədər sursat istehsal edir.

Stoltenberq: “Ya NATO, ya da silahlanma”
“4-5 ildən sonra biz özümüzü müdafiə edə bilməyəcəyik”, - Rutte mövcud durumdan gileylənib.

O, həmçinin əlavə edib ki, xüsusən də ABŞ istehsalı artırmalıdır. Hərbi alyansın rəhbəri Çinin ABŞ-dən 5-6 dəfə çox mərmi istehsal etdiyini xatırladıb.

Bundan əvvəl Rütte bəyan etmişdi ki, Ukraynanın münaqişədə uğursuzluğu Şimali Atlantika Alyansına və bütövlükdə Qərb ölkələrinə “milyardlar” deyil, “trilyonlarla” ölçülən bir vəsaitə başa gələcək. Alyans rəhbəri açıq şəkildə deyib ki, bu, geosiyasi məsələdir.

Qeyd edək ki, NATO-nun keçmiş baş katibi Yens Stoltenberq də Davos Dünya İqtisadi Forumunda diskussiyalar zamanı oxşar fikirlər səsləndirib. O, Ukrayna münaqişəsinə də toxunaraq qeyd edib ki, əgər Qərb dövlətləri Kiyevi NATO-ya qəbul etməkdə tərəddüd göstərirsə, Kiyevi Rusiyanın təcavüzündən qorumaq üçün onu dişlərinə qədər silahlandırmalıdırlar.


Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Rusiya  





Xəbər lenti