İrəvan KTMT ilə münasibətlərin “buz”unu əritmək istəmir

   İrəvan KTMT ilə münasibətlərin    “buz”unu  əritmək istəmir
  23 Yanvar 2025    Oxunub:368
Ermənistan 2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında dondurduğu üzvlüyünü bərpa etməyəcək.
AzVision.az Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) hesabatında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Cənubi Qafqazın problemlərinə cavab verməkdə “bacarıqsızlığının” və “həyat qabiliyyətinin” 2025-ci ildə çətin ki, dəyişəcəyi bildirilir. Ona görə də Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması üçün əsasların aradan qalxması real görünmür.

“Biz Ermənistanın üzvlüyünü dayandırmasının səbəbləri 2025-ci ildə dəyişəcəyini az ehtimal edirik. Buna əsaslanaraq, inanırıq ki, bu təşkilatın nüfuzu böyük sual olaraq qalacaq və digər üzv dövlətlərə “düşünmək üçün qida”ya çevriləcək”, - qurumun hesabatında vurğulanır.

Ermənistan XKX-nin fikrincə, regionda və ondan kənarda olan ölkələr hərbi xərcləri artırmağı, silah almağı və hərbi sənayenin inkişafın davam etdirəcəklər ki, bu da “problemlərə hərbi reaksiya”nı əsas cavab kimi saxlayacaq.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ermənistan   KTMT  





Xəbər lenti