"Müharibəni birdəfəlik bitirmək istəyirik " - Rubio

   "Müharibəni birdəfəlik bitirmək istəyirik "  - Rubio
  22 Yanvar 2025    Oxunub:422
"Donald Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsini birdəfəlik bitirmək üçün əlindən gələni edəcək".
AzVision.az xəbər verir ki, bu fikirləri ABŞ-nin yeni dövlət katibi Marko Rubio CBS Mornings telekanalına müsahibəsində səsləndirib.

Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
O qeyd edib ki, Ukraynada müharibəyə son qoymaq ABŞ-nin əsas siyasi xətlərindən biri olacaq:

"Biz bunun üçün əlimizdən gələni edəcəyik. Müharibənin bir neçə ildən sonra yenidən alovlanmasını istəmirik. Hazırda sabitliyi təmin etmək arzusundayıq. Rusiyanın başladığı bu müharibə getdikcə uzanan, qanlı və dağıdıcı xarakter alır. O, həm Rusiyaya, həm də Ukraynaya böyük itkilər verir. Lakin ən böyük bədəli məhz Ukrayna ödəyir. Xüsusən də, enerji infrastrukturunun məhvinə görə ağır nəticələr müşahidə olunur", - dövlət katibi vurğulayıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başlayıblar. Amma bu da uğurlu olmayıb. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural Tağıyev
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   Tarmp   Müharibə  





Xəbər lenti